İki ay ərzində "Bolkart" istifadəçilərinin sayı 2500-ü keçmişdir!
13 Dekabr 2011 11:48
Bank of Baku-nun bir sıra ticarət obyektləri və restoranlarda rahat ödənişin aparılması üçün müştərilərinə istifadəyə verdiyi yeni "Bolkart"-ın populyarlığı gündən-günə artır. Belə ki, "Bolkart" istifadəçilərinin sayı cəmi iki ay ərzində 2500-ü keçmişdir və bu günə Bakı şəhərində "Bolkart" klubuna daxil olan ticarət obyektlərində artıq 1600-dən çox əməliyyat həyata keçirilmişdir.
Xatırladaq ki, "Bolkart" - tamamilə pulsuz, bərpaolunan limitli, üstünlükləri bol, müddəti 3 ilə qədər olan kredit kartıdır. "Bolkart"-ı bankla partnyor olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, o cümlədən restoran və digər ticarət obyektlərində istifadə etmək mümkündür.
"Bolkart"-ın əsas üstünlüklərindən biri həmin kartla əksər ticarət obyektlərində öz qiymətinə alış-veriş edib, alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək imkanının olmasıdır. Qeyd edək ki, ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrcə istifadə oluna bilir. Belə ki, Bank of Baku ilə partnyor ticarət obyekti ilə razılaşmadan asılı olaraq "Bolkart"-dan aşağıda qeyd olunan qaydada faydalana bilərsiniz.
"Əlavə xərcsiz 1 aya ödə" yazısını gördüyünüz ticarət obyektlərində "Bolkart"-dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini növbəti ayın 10-dək ödəyə bilərsiniz.
"Əlavə xərcsiz 6 aya ödə" yazısını gördüyünüz ticarət obyektlərində "Bolkart"-dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 6 ay ərzində (hər ayın 10-dək) ödəyə bilərsiniz.
"Əlavə xərcsiz 12 aya ödə" yazısını gördüyünüz ticarət obyektlərində "Bolkart"-dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 12 ay ərzində (hər ayın 10-dək) ödəyə bilərsiniz.
Qeyd etdiyimiz kimi, bəzi partnyor ticarət obyektlərində alınan mal və xidmətlərin nağd və "Bolkart"-la alış qiymətlərində fərqlər ola bilər. Müştərilərin rahatlığı üçün bankın filiallarında və www.bolkart.az saytında bankın partnyor ticarət obyektlərinin siyahısı və nağd və "Bolkart"-la alış qiymətlərində mövcud olan fərqlər göstərilib.
Qeyd edək ki, bu günə "Bolkart"-la əməkdaşlıq edən aktiv ticarət obyektlərinin sayı 100-ə yaxındır. Növbəti 2 ay ərzində isə ticarət obyektlərinin sayını 150-ə qədər artırılması nəzərdə tutulur. Bundan əlavə, "Bolkart" vasitəsilə ödəniş sisteminin təkmilləşdirilməsi məqsədilə Bank of Baku kartın istifadə arealını genişləndirərək paralel olaraq bəzi ticarət obyektlərində qiymətlərdə olan fərqlərin tamamilə götürülməsi və ya azaldılması haqqında danışıqlar aparır.
Onu da bildirək ki, Bank of Baku "Bolkart" layihəsi vasitəsilə ölkəmizdə nağdsız ödənişlərin aparılmasının stimullaşdırılmasına dəstək verir.
Qeyd edək ki, Bank of Baku "Bolkart" istifadəçiləri üçün mütəmadi olaraq isti kampaniyalar həyata keçirir. Həmin kampaniyalar haqqında daha ətraflı məlumatı kartın www.bolkart.az rəsmi saytında və ya bankın 145 Məlumat mərkəzindən almaq olar.
"Bolkart"-ı əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışı (bəzi partnyor təşkilatların əməkdaşlarından arayış tələb edilmir, ətraflı məlumatı 145 məlumat mərkəzindən, www.bankofbaku.com və www.bolkart.az internet səhifələrindən əldə etmək olar) təqdim etmək kifayətdir. Qeyd edək ki, kredit tarixçəsi 6 aydan çox olan müştərilər aktiv krediti ilə yanaşı "Bolkart"-ı da paralel kredit kimi ala bilərlər.
Hələ də "Bolkart" sahibi deyilsinizsə, onda www.bolkart.az saytına daxil olub onlayn sifariş edin, aktiv sosial şəbəkə istifadəçisisinizsə, bizi www.facebook.com/bolkart səhifəsindən izləyin!