Fabreqas «Barselona»nın prezidenti ilə görüşüb

20 Aprel 2010 17:45
"Sport" dərgisinin məlumatına görə, tərəflər yay transfer pəncərəsi zamanı ulduz futbolçunun Kataloniya klubuna keçidinin şərtlərini razılaşdırıblar.

Xatırladaq ki, "Barselona"nın ulduz futbolçunu heyətinə qatmaq üçün əlindən gələni etdiyi çoxdan məlumdur. Fabreqas özü isə "Arsenal"dan ayrılmaq istəmədiyini dəfələrlə bəyan edib. Hazırda zədə üzündən meydana çıxa bilməyən yarımmüdafiəçi Mərakeşdə müalicə olunur.

Milli.Az