Bakıda qəza yolda tıxaca səbəb oldu - VİDEO - FOTO

27 May 2020 12:27

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sabunçu rayonu Böyükşor şossesində qeydə alınıb.

Olimpiya Stadionunun qarşısında baş verən qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar. Bakı Nəqliyyat Agentliyi bildiri ki, hadisə səbəbindən ərazidə nisbətən sıxlıq müşahidə olunur.

"Hyundai" markalı, 99-UM-411 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək divara çırpılıb.

Nəticədə iki nəfər ağır xəsarətlər alıb. Onların hər ikisi Təcili Tibbi Yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.  

Hadisə yerində hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunub.

TƏBİB-dən APA-ya bildirilib ki, xəsarət alan qadına baldır sümüyünün sınığı, kişiyə başın, qarının küt travması diaqnozu qoyulub, vəziyyətləri orta-ağırdır.

Milli.Az