24 yaşlı ingilis futbolçu qəflətən öldü

27 May 2020 14:10

İngiltərənin "Morkam" klubunun futbolçusu Kristian Mbulu dünyasını dəyişib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,ingilis müdafiəçi 24 yaşında qəflətən vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Kristian Mbulu karyerası ərzində "Morkam"dan əlavə, İngiltərədə "Brentvud", "Milluoll", "Kanvi-Aylend", "Breyentri Taun", "Kru Aleksandra", həmçinin Şotlandiyada "Moteruell" klublarında da çıxış edib.

Milli.Az