Bakıda ata 11 yaşlı uşağını dilənmədiyinə görə bıçaqladı

27 May 2020 10:39

Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az bildirir ki, bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Polisdən bildirilib ki, sözügedən fakt nəzarətə götürülüb.

Qeyd edək ki, Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində İsmayılov Fikrət Hüseynqulu oğlu, 2009-cu il təvəllüdlü övladı Canəli İsmayılovun dilənçilik etmədiyi üçün baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Uşaq xəstəxanaya çatdırılıb.

Milli.Az