"Real" Kasemiro ilə müqaviləni uzatdı

27 May 2020 17:39

"Real" yarımmüdafiəçisi Kasemiro ilə müqaviləni uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Klubun 28 yaşlı oyunçu ilə bir neçə ay əvvəl anlaşdığı, ancaq rəsmi açıqlama verməyə tələsmədiyi bildirilib. 

Qeyd edək ki, 2013-cü ildən "Real"da çıxış edən Kasemiro bu mövsüm La Liqada 25 oyuna 3 qol vurub. 

Milli.Az