Pərvin Abıyeva: "Xalam qızı Dubaya gəzməyə getdi, qayıtmadı"

27 May 2020 10:10

Tanınmış aktrisa və model Pərvin Abıyeva xalası qızının ərəb şeyxinə ərə getməsilə bağlı söz-söhbətə aydınlıq gətirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Abıyeva ARB-nin "Söhbət var" proqramında xalası qızı ilə bağlı maraqlı açıqlama edib:

"Xalam qızı ərəblə ailəlidir. Dubayda, yerli bir ərəbə ərə gedib. O da Dubayın şeyxi yox, kasıbıdır. Xalam qızının qəribə xasiyyəti var idi, hara gedirdi, orada qalırdı. Anam ömürboyu onu axtarıb. Özümü tanıyandan xalam qızını anamla axtarmışıq. Dinamik, enerjili qız idi. Bir gün rəfiqəsi ilə Dubaya gəzməyə getdi. Bir həftəlik getmişdi, qayıtmadı. Anam yığdı ki, harda qaldın? Bir-iki ay keçdi, zəng etdi ki, ərə getmişəm. İndi qapanıb, uşağı olacaq. O, açıq geyinən qızdan əsər-əlamət qalmayıb".

Milli.Az