“Üzümdə əməliyyat etdirməmişəm” - Modeldən estetik açıqlaması

27 May 2020 10:49

Dünyaca məşhur müğənni Castin Biberin arvadı, model Heyli Bolduinin sosial şəbəkədə 13 yaşındakı fotoları yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, izləyicilər hazırkı halından çox fərqli görünən modeli estetik əməliyyat etdirməkdə ittiham ediblər.

Heyli isə haqqında deyilənləri təkzib edib:

"Vizajistlər tərəfindən dəyişilmiş fotolardan istifadə etməyin. Şəkildəki insan mənim oxşarım deyil. Heç vaxt üzümdə əməliyyat etdirməmişəm. Əgər 13-23 yaşım arasındakı fərqi öyrənmək istəyirsinizsə, bunu saxta foto ilə etməyin".

Milli.Az