Ermənistan koronavirus epidemiyasının ikinci dalğasını yaşayır

26 May 2020 23:49

Ermənistan yeni növ koronavirus pandemiyasının ikinci dalğasını yaşayır və ölkədə epidemioloji vəziyyət çətin olaraq qalır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə brifinq zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

N.Paşinyan deyib: "Ölkədəki pandemiya ilə bağlı vəziyyət olduqca çətindir, hamımız razılaşdıq ki, bu anda ölkədə koronavirusun yayılmasının ikinci dalğası ilə üzləşirik".

Son günlər Ermənistanda yeni növ koronavirus ilə yüksək yoluxma tempi müşahidə olunur. Təkcə son iki gündə 700-dən çox ölkə vətəndaşı virusa yoluxub, 10-a yaxın ölüm var.

Milli.Az