"Bavariya" ona illik 15 milyon avro təklif etdi

26 May 2020 19:44

"Bavariya" futbolçusu David Alaba ilə müqavilənin müddətini uzatmaqla bağlı danışıqlar aparır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Münhen klubu 27 yaşlı müdafiəçiyə ilinə 15 milyon avro qazanacağı müqavilə təklif edib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, Manuel Noyer, Tomas Müller və Robert Levandovski ilə birlikdə komandanın ən yüksək maaşlı oyunçularından biri olacaq.

Qeyd edək ki, D.Alabanın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Milli.Az