Həbib koronavirus testindən imtina etdi

26 May 2020 17:50

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov koronavirus testi verməkdən imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Xəbərdə qeyd edilir ki, həkimlər Həbibin atası koronavirusa yoluxduğu üçün ondan test götürmək istəyib. 

Lakin məşhur idmançı bu təklifi rədd edib. 

Milli.Az