Kamilənin AzTV-dəki verilişi bağlandı - FOTO

26 May 2020 15:52

Kamilə Babayevanın aparıcısı olduğu "Görüş yeri" verilişinin yayımı dayandırılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, AzTV-də yayımlanan layihənin hansı səbəbdən bağlandığı bəlli deyil. Aparıcının yeni mövsümdən başqa proqramla kamera qarşısına keçəcəyi bildirilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov məlumatı Axşam.az-a təsdiqləyib.

Milli.Az