Polina fotoqraf ərindən boşanır - FOTO

26 May 2020 17:15

Rusiyanın məşhur müğənnisi Polina Qaqarina və fotoqraf həyat yoldaşı Dmitri İshakov boşanır. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,cütlük 6 illik evliliklərini bitirmək qərarına gəlib. Rusiya KİV-nin məlumatına görə, bir müddətdir ayrı yaşayan iki tanınmış şəxs artıq məhkəməyə müraciət edib.

Polina və Dmitrinin korlanan münasibəti sosial şəbəkədə də özünü büruzə verib. Belə ki, onlar instaqramda bir-birilərini izləməkdən imtina ediblər, ailəvi fotolarını paylaşmağı dayandırıblar.

Qeyd edək ki, sənətçi ilə fotoqrafın Miya və Qaqarin adlı iki övladı var.

Milli.Az