Özünü təmizləyən tibbi maska ​​İCAD EDİLİB

27 May 2020 00:45

Texnion - İsrail Texnologiya İnstitutunun alimləri özünü təmizləyə bilən tibbi maska ​​icad ediblər.

Milli.Az xəbər verir ki, maska bu xüsusiyəti ilə təkrar istifadə edilə biləcək. Yenilik, insanı koronavirusdan qorumağa qadirdir.

"İsrail maskası" yeni texnologiya əsasında hazırlanıb. Cihazda karbon lifinin xüsusi bir təbəqəsi elektriklə qızdırılır. Qoruma vasitəsinin batareyaları standart USB bağlayıcısı ilə doldurulur.

İxtiraçılar təkrar istifadə edilə bilən maskaların ətraf mühitin çirklənməsinin qarşısını alacağını vurğulayıblar. Onlar bəşəriyyətin istifadə etdiyi fərdi qoruyucu vasitələrin sayını azaldacaqlar.

İsraillilər artıq bu cihazın patentini almaq üçün müraciət ediblər. Kütləvi istehsalın başlanması ilə bağlı da danışıqlar aparırlar.

Maska bahalı olmayacaq. Pərakəndə satış qiyməti bir dolları keçməyəcək. (publika.az)

Milli.Az