Rusiyada koronavirusa daha 9 minə yaxın adam yoluxdu, 174 nəfər öldü

26 May 2020 12:49

Rusiyada son sutka ərzində daha 8915 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3807 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 131 129 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

Milli.Az