Ölülərini dəfn etməyib uzun zaman yanlarında saxlayan xalq - FOTO

27 May 2020 07:22

Müasir dövrümüzdə dünyada yaşayan elə xalqlar var ki, öz adətləri ilə insanları təəccübləndirməkdədir. XXI əsrdə dünyada hələ də elə xalqlar, etnoslar var ki, onlar öz dəfn adətləri ilə insanları təəccübləndirməkdə davam edirlər. Bunlardan biri də İndoneziyanın Sulavesi adasında yaşayan insanlardır.

Milli.Az xəbər verir ki, İndoneziyanın Sulavesi adasında yaşayan insanlar xristian dininin daşıyıcıları olsa da, onların ölüləri ilə davranma qaydaları tammailə fərqlidir. Belə ki, bu adada əsrlərdir davam edən bir adət var. Bu da ondan ibarətdir ki, insanlar ölən şəxsi dəfn etmirlər və onunla aylarla, hətta illərlə  bir evdə yaşayırlar. Ancaq uzun zaman keçdikdən sonra ailənin qərarı ilə ölən şəxsi  şərəfli son yolasalma mərasimi keçirilir. Lakin son yolçuluq zamanı da ölən şəxsi dəfn etmirlər. Onu xüsusi yerlərdə saxlayırlar. Çünki hər 2-3 ildən bir qoyulduğu yerdən çıxarıb, onu geyindirir, foto çəkdiri və şənləndikdən sonra yenidən dəfn edirlər.

Sulavesilər hesa edir ki, insan öləndən sonra onu dərhal torpağa  dıfn etməyə ehtiyac yoxdur. Dünyasını dəyişəni uzun zaman yaşadığı evdə saxlamaq olar. Bu zaman onunla  ölməyən insan kimi rəftar etmək lazımdır.  Onu ağır xəstə və ya  yatan  insan kimi qəbul etmək laızmdır.  O hər şeyi eşidir və hiss edir.  Ona görə də sulavesilər ölən şəxsə hörmət və sevgi ilə  yanaşır, onu qaldığı otaqda tək buraxmırlar. Onun qaldığı otaqda işıqlar söndürülmür. İş bununla bitmir. Davamlı olaraq ona xidmət edirlər.  zamanı gəldikcə onu yuyurlar, paltarını dəyişirlər, onun qarşısına yemək, su və siqaret  qoyurlar. Ölən şəxs evdə qaldığı müddətcə böyük diqqət və qayğı göstərilir.

Ölən çəxs ancaq ailənin qərarından sonra evdən götürülə bilər. Belə bir qərardan sonra onun dəfn mərasimi üçün hazırlıq işləri başlanılır. Dəfn mərasimi zamanı isə mahnı oxunub, rəqs edilir. Ölən şəxs üçün mütləq camış kəsilir.

Sulavesilərin inancına görə,  camışlar  ölənlərin ruhunun axirət dünyasına keçməsinə kömək edirlər. Ona görə də bişirilən camış ətindən bişirilən yeməkdən  dəfn mərasiminə gələn insanlara ehsan kimi verirlər.

Sulvesilərin dəfn mərasimi də qəribədir. Ölən şəxs torpağa basdırılmır. Onlar  qayaların və mağaraların da. Salınındakı düzəldilmiş xüsusi oyuqlarda yerləşdirilir. Çünki, onlar ölən şəxslə birdəflik vidalaşmırlar. Hər 2-3 ildən bir ölən şəxsi qoyulduğu yerdən çıxarıb, onunla təntənəli mərasim keçirəcəklər. Sulavesilərin bu adəti manene adlanır. Ölən şəxsi həmin yerdən çıxarıb, səliqə ilə geyindirib,  onu geyindirib, xatirə şəkli çəkdirirlər və sonradan onu yenə də səliqə ilə dəfn edirlər. Və beləliklə bu proses hər 2-3 ildən bir davam edir. Bununla onlar hesab edir ki, onların əzizləri ölməyib, əbədi yuxuya gediblər. Digər bir maraqlı məqamlardan biri də ondan ibarətdir ki, ölən şəxsin yanına ağacdan  dünyasını dəyişən şəxsə oxşar düzəldilmiş kukla da qoyurlar. Hətta ona da paltar geyinidirb, ölənin tüklərindən parik hazırlayıb, başına qoyurlar. Belə kuklalar çox baha başa gəlir. Haradasa  1000 (min) dollara başa gəlir. Bun rəğmən yerli əhali  bu məsələdə xəsislik etmirlər. (ölkə.az)

Milli.Az