Gənc kuryerin öldüyü qəzadan görüntülər - FOTO

26 May 2020 10:29

Bakıda baş verən motosiklet qəzası ilə bağlı görüntülər yayılıb.

Milli.Az-ın məlumatına görə, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi "Zongshen" markalı motosikletlə divara çırpılıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə digər avtomobildəki sürücülərin ağır bədən xəsarətləri ilə yerdə uzanan Ülviyə yardım etməyə çalışması əks olunub.

Kadrlar arxadakı avtomobilin içərisindən çəkilib. Qəza ilə bağlı təhlükəsizlik kamerası görüntüləri hələlik yoxdur.

Sosial şəbəkələrdə yayılan iddialara görə, qəzaya səbəb güclü külək və işlədiyi məşhur pizza şirkətinin "30 dəqiqə çatdırılma" xidməti səbəbindən sürücünün tələsməsi olub.

Qəza ilə bağlı araşdırmalar aparılır.

Emin
Milli.Az