Klopp Vernerlə danışdı

26 May 2020 18:34

"Liverpul" "Leyptsiq"in futbolçusu Timo Verneri transfer etməkdə israrlıdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp 24 yaşlı hücumçu ilə videobağlantı vasitəsi ilə danışıb. Alman mütəxəssis onu "Liverpul"a keçməyə inandırmağa çalışıb.

Qeyd edək ki, Verner bu mövsüm Bundesliqada 27 matçda 24 qol vurub, 7 qolun ötürməsini verib.

Milli.Az