Yaşayış binasında yanğın olub

25 May 2020 19:49

Qazax rayonunda, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 24 m² mənzilin qarşısına artırılan aynabəndin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az