Tacikistanda koronavirusdan 1301 xəstə sağalıb

25 May 2020 19:29

Tacikistanda COVID-19-dan 1301 xəstə sağalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 191 nəfər artıb və 2929-a çatıb.

Bildirilir ki, indiyədək Tacikistanda COVID-19-dan 46 nəfər ölüb. Hazırda 2772 nəfər karantindədir.

Milli.Az