Yaponiyada fövqəladə rejim ləğv edildi

25 May 2020 15:28

Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yaponiyanın baş naziri Sindze Abe deyib.

Qeyd edək ki, bundan əvvəl 47 prefekturanın 42-də fövqəladə vəziyyət rejimi ləğv edilmişdi.

Bu gündən isə qalan 5 prefekturada (Tokio, Kanaqava, Saytama, Tiba, Hokkaydo) bu rejim ləğv ediləcək.

Milli.Az