Koronavirusa yoluxan idmançı 23 kilo ARIQLADI - FOTO

25 May 2020 15:34

ABŞ-ın San-Fransisko şəhərində tibb işçisi çalışan Mayk Şults idmançı bədən quruluşuyla seçilsə də, koronavirusa tutulduqdan sonra 23 kilo arıqlayaraq tanınmaz hala düşüb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, 43 yaşlı idmançı karantinn rejimi elan olunandan öncə Mayamidə mindən çox iştirakçısı olan tədbirdə olub. Həmin tədbirdə azı 38 nəfərdə "COVİD-19" virusunun olduğu aşkarlanıb.

9 gün sonra virusun əlamətlərini özündə hiss edən Mayk xəstəxanaya yerləşdirilib. Vəziyyət sürətlə pisləşdiyindən o, dörd həftədən çox xüsusi boru vasitəsiylə nəfəs alıb.

Şults 6 həftə yuxu dərmanı qəbul edib. 57 gün xəstəxanada qaldıqdan sonra sağalan Maykın çəkisi 90 kiloqramdan 63,5 kiloyadək azalıb.

Milli.Az