Qubada 57 yaşlı kişi damarlarını doğradı

25 May 2020 15:21

Quba rayonunda intihar faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Babayev Elqar Xunbatan oğlu damarlarını doğrayaraq özünü öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az