Qonşu ölkədə sutka ərzində koronavirusa cəmi bir yoluxma qeydə alındı

25 May 2020 14:16

Gürcüstanda ötən sutka ərzində koronavirus infeksiyasına cəmi bir yoluxma halı qeydə alınıb.

Milli.Az oxu.az istinadən xəbər verir ki, ölkədə, ümumilikdə, yoluxma hallarının sayı 731-ə bərabərdir. Bunlardan 526 nəfəri sağalıb.

Qonşu ölkədə koronavirus epidemiyasından ölənlərin sayı 12 nəfərdir.

Milli.Az