DİN Bakıdakı motoqəza ilə bağlı məlumat yaydı

25 May 2020 13:50

Bakıda motosiklet divara çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi "Zongshen" markalı motosikleti divara vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az