Marketdən çörəyi dronla aldı

25 May 2020 13:11

Türkiyədə 4 günlük tətbiq edilən komendant saatı ilə əlaqədar evdən çıxa bilməyən vətəndaş maraqlı üsula əl atıb.

Milli.Az xəbər verir ki, o, marketdən çörəyi dron vasitəsilə alıb.

Reklam şirkətinin sahibi olan Şen, eyvana çıxaraq idarə etdiyi dronu marketə doğru istiqamətləndirib. Market sahibi dronu görüb çaş-baş qalıb.

Məsələnin nə yerdə olduğunu başa düşən satıcı çörəyi paketə qoyaraq drona bağlayıb. (publika.az)

Milli.Az