Dünya bazarlarında təbii qaz ucuzlaşıb

25 May 2020 10:48

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 1,49% azalaraq 1,860 ABŞ dolları təşkil edib.

Milli.Az