Tuva Respublikasının rəhbəri koronavirusa yoluxub

25 May 2020 10:22

Rusiyanın Tuva Respublikasının rəhbəri Şolban Kara-ool yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadla xəbər verir ki, Şolban Kara-ool həkim nəzarəti altındadır, səhhəti yaxşıdır.

Qeyd edək ki, Rusiyada Baş Nazir Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Mədəniyyət naziri Olqa Lyubimova, Elm və Ali Təhsil naziri Valeriy Falkov koronavirusa yoluxublar.

Milli.Az