"Barselona" "Sevilya"nın gənc futbolçusu Dieqo Talaveronu transfer etmək istəyir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki,Kataloniya təmsilçisi 18 yaşlı hücumçu üçün "Sevilya" ilə danışıqlara başlayıb.
Talaveronu La Liqanın bir neçə klubuyla yanaşı, Premyer Liqa təmsilçiləri də izlədiyi bildirilir.
Qeyd edək ki, gənc forvard bu mövsüm "Sevilya"nın B komandasıyla 22 qol vurub.
Milli.Az