"Nyu-York Times" koronavirusdan ölən şəxslərin adlarını və yaşlarını açıqladı - FOTO

25 May 2020 09:23

Dünya üzrə koronavirusa yoluxanlarıın sayı 5 milyon yarımı keçib.

Milli.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünya üzrə 5502512 nəfər koronavirusa yoluxub, onlardan 346761 nəfərin həyatını xilas etmək mümkün olmayıb, 2 milyon 300 mindən çox insan sağalıb.

Ölənlərin 99 mindən çoxu ABŞ-ın payına düşür. Belə ki, bugünkü statistikaya əsasən, ABŞ-da 1 milyon 600 mindən çox insan koronavirusa yoluxub.

Ötən gün Nyu-York Post nəşri koronaviurusdan ölən şəxslərin adlarını, yaşadıqları şəhəri və yaşlarını açıqlayıb.

Siyahının əksəriyyəti yaşlılardan ibarət olsa da, arasında gənc yaşlarda ölən şəxslərin də adları var.

Bəxtiyar Umarlı
Milli.Az