Rumıniyada zəlzələ baş verib

25 May 2020 00:45

Ruməniyada 4,2 bal gücündə zəlzələ baş verib.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Vrança seysmik zonasında, ocağı isə 138 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az