Serbiyalı futbolçu sevgilisi ilə qaldığı evdə özünü güllələdi

24 May 2020 12:54

Serbiyalı sabiq futbolçu Milyan Mrdakoviç intihar edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı eks-hücumçu Belqradda - sevgilisi ilə kirayələdiyi evdə başına tapança ilə atəş açaraq özünü öldürüb.

Qeyd edək ki, Mrdakoviç karyerasını 2017-ci ildə bitirib.

Milli.Az