"Atletiko Madrid"in futbolçusu beyin əməliyyatı keçirdi

24 May 2020 11:09

"Atletiko Madrid"in qadın futbolçusu Viqriniya Torreçilla beyin əməliyyatı keçirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" hesabından paylaşım edib.

İspaniyalı oyunçunun əməliyyatı uğurlu alınıb və o evə buraxılıb. Torreçilla beynindəki şişə görə əməliyyat olunub.

Qeyd edək ki, Viqriniya Torreçilla 2019-cu ildən "Atletiko"da çıxış edir.

Milli.Az