Rusiyalı aktrisa koronavirusa yoluxdu

24 May 2020 10:58

Rusiyanın Əməkdar artisti Alena Babenko yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, aktrisa bu barədə "Instagram" səhifəsində yazıb.

Xəstəlik aktrisada yüksək temperatur və özünü halsız hiss etmə əlamətləri ilə müşayiət olunub. A. Babenko bildirib ki, hazırda müalicə kursu keçir və artıq özünü yaxşı hiss edir.

Milli.Az