Mario Götze ilə bağlı qərar verildi

24 May 2020 10:20

"Borussiya Dortmund" Mario Götze ilə bu yay başa çatacaq müqavilənin müddətini uzatmayacağını təsdiqləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Dortmund klubunun idman direktoru Maykl Zork məlumat verib:

"Bu yay Götze ilə yolları ayıracağıq. Bununla əlaqədar görüşdük və dürüst söhbətimiz oldu. Yekunda belə anlaşdıq".

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ilə İtaliya və Fransa klubları maraqlanır.

Milli.Az