“Günay Musayevanın qapısına gedib, uşağını döyməyim yalandır” - İş adamından qalmaqallı açıqlama

24 May 2020 09:35

Dünən və bu gün haqqımda yayılan, keçmiş sevgilim Günay Musayevanın qapısına getməyim, uşağa və qadına qarşı şiddət göstərməyim yalandır. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu açıqlamanı azərbaycanlı model Günay Musayevanın polisə şikayət etdiyi iş adamı Taha Tatlıcı öz "İnstagram" səhifəsində yayıb. 

Taha Tatlıcı yayılan yalan xəbərlərə görə məhkəməyə müraciət edəcəyini bildirib: "Mənim deyil, Günay Musayevanın adam yaraladığı üçün məhkəmədə 2,5 il cəza alması prosesi davam edir. Haqqımda bu cür yazı yazanları qınayıram. Bu xəbərlərin nəyə əsaslanıb yazıldığının araşdırması və vəziyyətin düzəldilməsi üçün məhkəməyə müraciət olunacaq". 

Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə fəaliyyət göstərən Günay Musayeva iş adamı Taha Tatlıcının onu döydüyünü və təhdid etdiyini bildirərək, şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb. Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə yollanıb. Günay isə qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. 

Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polisin qərarı ilə Taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb.

Xatırladaq ki, ötən il Günay Musayevanın onu və uşağını döydüyü üçün sevgilisi Tahanı bıçaqladığı haqda məlumatlar yayılmışdı. Müdafiə məqsədilə bıçağa əl atdığı üçün Günayın 2 il həbs cəzası alacağı deyilirdi.  Lakin sonra Günayın sevgilisi ilə barışdığı və bu xəbərin yalan olduğu bildirilmişdi.

Milli.Az