Bakıda külək Neftçilər xəstəxanasının dam örtüyünün bir hissəsini uçurub - FOTO

23 May 2020 22:51

Bakıda güclü külək nəticəsində Neftçilər xəstəxanasının cərrahiyə şöbəsinin dam örtüyünün bir hissəsi uçub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda şöbədə heç bir xəstə yoxdur.

Hadisə xəstəxananın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsidə yerləşən hissəsində baş verib.

Polis əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən dam örtüyünün bərpası istiqamətində tədbirlər görülür.

Milli.Az