ABŞ-ın nüvə sınağını nəzərdən keçirdiyi deyilir

23 May 2020 20:41

The Washington Post qəzeti cümə günü yüksək vəzifəli rəsmi və iki keçmiş rəsmiyə istinadən xəbər verib ki, Tramp administrasiyası ötən həftə 1992-ci ildən bəri ilk nüvə sınağını keçirib-keçirməməyi müzakirə edib.

Qəzetin məlumatına görə, məsələ administrasiya Rusiya və Çini kiçik-miqyaslı nüvə sınaqlarını keçirməkdə ittiham etməsindən sonra milli təhlükəsizlik idarələrini təmsil edən yüksək vəzifəli rəsmilərin görüşü zamanı müzakirə olunub.

Lakin həmin görüşdə nüvə sınağının keçirilməsinə dair heç bir razılıq əldə olunmayıb.

Qəzetdə yazılana görə, görüşdə Rusiya və Çinin törətdiyi təhlükələrə cavab olaraq başqa tədbirlərin görülməsi və sınaqların keçirilməməsi ilə bağlı qərar qəbul edilib.

ABŞ rəsmiləri məsələlə ilə bağlı dərhal şərh verməyib.

Milli.Az