COVID-19 infeksiyalarının 80 faizinə insanların sıx olduğu məkanlar səbəb olub

23 May 2020 20:39

Bəzi alimlər deyir ki, koronavirus infeksiyalarının azı 80 faizinə "superyayan" tədbirlər ola bilər.

Britaniyanın The Telegraph vebsaytında dərc olunan hesabatda bildirilir ki, "insanların çox olduğu marketlər, canlı rəqs dərsləri, səsli-küylü barlar və xorlar" virusun yayılmasının əsas səbəbkarı ola bilər.

İnsanlar artıq virusun ən çox yayıldığı yerlər arasında "hospitallar, qocalar evləri, yataqxanalar, ərzaq emalı zavodları və ərzaq marketlərin" olduğunu bilirlər.

Lakin xəbərdə yer alan məlumata görə, ən böyük yoluxma halları Tirol regionundakı bir barda baş verib. The Telegraph bildirir ki, Britaniya, Almaniya, İslandiya, Norveç və Danimarkada yüzlərlə yoluxma halları "xizək-sonrası yığıncaqları" ilə məşhur Kitzloch barda baş verib.

Cənubi Koreyada aparılan araşdırmada "insanların sıx olduğu idman zallarında intensiv fiziki məşqlər koronavirusa yoluxma riskini artıra bilər." Araşdırmada 112 nəfərin 12 qapalı məkanda " Latın rəqs dərslərində" iştirak edəndən sonra 24 gün ərzində virusa yoluxduğu aşkar olunub.

Digər araşdırmalarda xor üzvlərinin virusa yoluxmağa açıq olduqları göstərilir, lakin alimlər mahnı oxumağın pandemiyanın ilk günlərində sosial məsafə qaydaları tətbiq olunmadan öncə virusun yayılmasını əsas yolu olmadığına inanırlar. "Onlar koronavirusun xor üzvləri bir-biriləri ilə görüşən, içkilərini paylaşan və bir-biriləri ilə yaxın məsafədə söhbət edən zaman" yoluxduğunu ehtimal edir.

Qəzetdə virusun Amsterdamda bir xorda 130 üzvdən 102-nə yoluxduğu bildirilib.

Milli.Az