Britaniyada son sutkada koronavirusdan 282 nəfər ölüb

23 May 2020 19:38

Britaniyada son sutkada yeni növ koronavirusdan (COVID-19) 282 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Britaniyada indiyədək koronavirusa yoluxaraq vəfat edənlərin sayı 36675 nəfərə çatıb.
 
Son sutkada ölkədə 2959 yoluxma faktı qeydə alınıb və bununla da Britaniyada indiyədək COVID-19 virusuna yoluxanalrın sayı 257154  nəfərə çatıb.

Milli.Az