Oğlunun məzarını ziyarət etmək üçün icazə istədi

23 May 2020 18:50

Pars olmadan ilk bayramını geçirməyə hazırlaşan model Ebru Şallı oğlunun məzarını ziyarət etmək üçün icazə almağa çalışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Şallının keçmiş əri Harun Tandan olan oğlu iki ildir əziyyət çəkdiyi xərçəng xəstəliyindən ötən ay vəfat edib.

Ebru 9 yaşında itirdiyi oğlunu qəbiristanlıqda ziyarət etmək istəsə də, karantinə görə evdən çıxa bilmir. O, Ramazan bayramında oğlunu tək qoymaq istəmədiyini bildirib. Onun bu müraciəti "Ən acı tələb" adlandırılıb.

Milli.Az