PSJ İkardini transfer edəcək

23 May 2020 17:34

PSJ Mauro İkardini birdəfəlik almaq üçün "İnter"lə danışıqları davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı hücumçunun təzminat qiymətinin 70 milyon avro olduğu bildirilib. Paris təmsilçisi 27 yaşlı oyunçu üçün 50 milyon avro və 10 milyon avro bonus təklif etdiyi vurğulanıb.

Qeyd edək ki, İkardi bu mövsümdən PSJ-də icarə əsasında oynayır.

Milli.Az