Bakıda 20 yaşlı oğlan faciəvi şəkildə öldü

23 May 2020 09:51

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Samir Əliyev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində S.Əliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini, 2000-ci il təvəllüdlü Azər Bədirli isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az