DÇ-2018-in qızıl medallarından biri hərracda satılıb

23 May 2020 09:25

Futbol üzrə 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatının qızıl medallarından biri hərraca çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Julien's Auctions" auksion evindən bildiriblər.

Məlumata əsasən, 2018-ci ilin Dünya Çempionatının qalibi olan Fransa yığmasının oyunçularından birinin qızıl medlaı hərracda 65 950 avroya satılıb.

Medalın sahibinin kimliyi barədə məlumat verilmir.

Xatırladaq ki, Rusiyada keçirilən Dünya Çempionatının finalında Fransa yığması Xorvatiya yığması üzərində qələbə qazanıb.

Milli.Az