Ərdoğan Qətər və İraq liderləri ilə pandemiya ilə mübarizəni müzakirə edib

23 May 2020 09:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq Prezidenti Bəhram Saleh ilə telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, T.Ərdoğan İraq Prezidenti ilə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində əməkdaşlığı müzakirə edib.

Məlumata əsasən, liderlər həmçinin ikitərəfli münasibətlər və regional hadisələr barədə fikir mübadiləsi aparıblar. Türkiyə və İraq liderləri Ramazan bayramı münasibətilə bir-birlərini təbrik ediblər.

Türkiyə Prezidentinin həmçinin Qətər Əmiri Təmim bin Həməd Al Tani ilə də telefon danışığı olub. T.Ərdoğan Qətər Əmir ilə də koronavirus pandemiyası ilə mübarizə çərçivəsində əməkdaşlığı, ikitərəfli münasibətləri və regional hadisələri müzakirə edib. T.Ərdoğan və Təmim bin Həməd Al Tani Ramazan bayramı münasibətilə bir-birlərini təbrik ediblər.

Milli.Az