Quran oxuyan və ona qulaq asan savabda bərabərdirlər

31 May 2020 23:40

İnsan Qurandan müxtəlif cür faydalana bilər: ona baxa bilər, ona qulaq asa bilər, onu qiraət edə bilər, onu əzbərdən deyə bilər, onun haqqında təfəkkür edərək oxuya bilər... Bu əməllərin hər biri öz növbəsində müstəhəbdir və savaba malikdir.

Hər kim bu mübarək ayda Quran oxumağa fürsət tapmırsa, ən azı ona qulaq asmağa vaxt ayırmalıdır.

İmam Səccad (ə) buyurur: "Hər kim Allah Kitabından bir söz eşidər, baxmayaraq ki, onu özü oxumaz, Allah onun üçün həsənə yazar. Günahlarından birini məhv edər. Məqamını bir dərəcə yüksəldər".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Quranı eşidər, Allah hər hərf qarşılığında onun üçün bir həsənə yazar. O, Quran oxuyanların və yuxarı qalxanların zümrəsində məhşur olar".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Quranı tilavət edən və ona qulaq asan savabda bərabərdirlər".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah, Qurana qulaq asandan dünya bəlasını uzaqlaşdırar. Quran qarisindən isə axirət bəlasını". (

İmam Həsən Əsgəri (ə) buyurur: "Hər kim Qurandan bir ayəyə qulaq asarsa və ona etiqad bəsləyərsə, onun əcri Allah yolunda bir anbar qızıl infaq edənin savabından çox olar".

Milli.Az