Qazaxın bəzi kəndlərinə dolu düşüb

22 May 2020 22:25

Mayın 22-si saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb, təxminən 10 dəqiqə davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan dolunun diametrini​ ölçmək mümkün olmayıb.

Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

Milli.Az