Oğurluq üstündə tutuldu, digər cinayətləri də üzə çıxdı

22 May 2020 20:54

Oğurluq etdiyinə görə tutulmuş R.Kərimlinin 6 nəfərin bank hesablarından pul çıxararaq oğurlaması da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.Kərimlinin ətrafında Göyçay RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon sakinləri olan daha 6 nəfərin bank hesablarından pul çıxararaq oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.

Milli.Az