Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.
Milli.Az Trend-ə istinadən bildirir ki,mayın 21-də saat 12 radələrində Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi "VAZ-2106" və E.Əlizadənin idarə etdiyi "VAZ-21154" markalı avtomobillər toqquşub.
Nəticədə F.Əsədov, sərnişini olan qızı və E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib, F.Əsədov orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az