Fevralən 24-dən bu günə qədər Azərbaycanda 24 milyonadan artıq tibbi maska satışa çıxarılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki,bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, qapalı yerlərdə tibbi maskalardan istifadə mütləqdir: "Satışa çıxarılan 24 milyon maskadan 18 milyonu satılıb. Hazırda 6 milyon tibbi maska ehtiyatda saxlanılır. Gün ərzində ölkədə 250 min maska istehsal edilir. Həmçinin, may ayının sonuna qədər 10 milyon tibbi maska ehtiyat üçün Azərbaycana gətiriləcək".
Milli.Az